İcarə üçün avadanlıqlar:
Snom D710
Fanvil X3SP

Snom D710

2001-ci ildə dünyanın ilk IP telefonunu istehsal edən Snom Technologies GmbH, artıq Azərbaycan bazarında öz sözünü deməyə başlayıb. Avropada, ABŞ-da və Yaxın Şərq ölkələrində çox geniş şəkildə təmsil olunan Snom şirkətimizlə rəsmi tərəfdaşlıq edir.

Əgər, məşhur Alman keyfiyyətindən danışırıqsa, Snom buna bəlkə də ən uyğun nümunələrdən biridir. Sənayedə ən az defekt çıxma ehtimalı - təxminən 0,2% Snoma aiddir. Cihazların hər birinin minimum problemsiz işləmə limiti 333 min saata bərabərdir. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir. Təltif edildikləri mükafatların çoxluğu bu avadanlıqların keyfiyyəti, dayanıqlığı və təhlükəsizliyindən xəbər verir. Şirkətin müvəffəqiyyətləri sənaye mütəxəssisləri tərəfindən mütəmadi olaraq vurğulanır. Snom 2000-ci ildə CeBIT-də "Show Best" mükafatına layiq görülüb. 2003-cü ildən etibarən isə şirkətin məhsulları mütəmadi olaraq "Internet Telephony" nominasiyasında TOP-100-də iştirak edir və bir çox modelləri "İlin məhsulu" adını qazanır. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir.

D710, müxtəlif iş ssenarilərində istifadə edilmək üzrə kiçik və ya böyük miqyaslı şirkətlər üçün ən yeni tam xüsusiyyətli masaüstü IP telefonudur. Zənglərin vizual xəbərdarlığı üçün dörd sip identifikatorunu və beş proqramlaşdırılabilən düyməni dəstəkləyən daxili LED-ləri, rahat istifadə, yüksək məhsuldarlıq, sərfəli qiymət və zərif dizaynı D710 özündə birləşdirir.

Aylıq icarə haqqı: 11 m

* Qiymət ƏDV-siz göstərilmişdir

Məhsulun spesifikasiyası

Xüsusiyyətləri
  • 4 SIP xətt
  • Elegant dizayn
  • Arxa işıqlı dörd xəttli ekran
  • 5 funksional proqramlaşdırıcı düymələr
  • DSP, CNG, VAD
  • G.711µ / a, G.722, G.726, G.729AB, GSM 06.10 audio kodekləri
  • PoE 802.3af Class 1
  • Ethernet port 2x 10/100
  • 1x 4P4C qarnitura, Spiker
  • Telefon kitapçası (1000 nömrə)