XİDMƏTLƏR
IT OUTSOURCING
Müasir dövrdə şirkətin İKT infrastrukturu onun maddi-texniki bazasının əsas amilinə çevrilməkdədir, şirkətlərin biznes proseslərinin əksəriyyəti informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən asılıdır. Bəzi hallarda biznes qurumları İKT infrastrukturunu daxili insan resursları çərçivəsində idarə və inkişaf etdirməyə çalışır, bu qurumu onun insan resurslarının bilik səviyyəsindən asılı edir. Adətən kiçik və orta biznes qurumlarının İKT sahəsində olan insan resursları aşağı və orta biliklərə malik mütəxəssislərdən ibarət olduğundan şirkətin İKT sahəsində inkişafını qənaətbəxş təmin edə bilmir. Kiçik və orta biznesin yüksək inkişafını təmin edilməsi üçün xarici şirkətlər İKT infrastrukturunun qurulması, idarə edilməsi və inkişafını digər şirkətlərə həvalə edir.
İT outsourcing sahəsində xidmət müqaviləsi çərçivəsində aşağıdaki xidmətləri göstəririk:
- Şəbəkə infrastrukturunun qurulması və inkişaf etdirilməsi
- İnformasiya təhlükəsizliyi yüksək səviyyədə qorunması
- İKT infrastrukturunun monitorinqi və idarə edilməsi