HAQQIMIZDA
KONFEDESİALLIQ PRİNSİPLƏRİ
1. Serverlərimizdə saxlanılan məlumatlar
Serverlərimizdə saxlanılan məlumatlar xüsusi təhlükəsizlik proqram təminatları ilə, həmçinin peşəkar komanda üzvlərimiz tərəfindən qorunur. Mütamadi olaraq beynəlxalq təcrübə istifadə olunaraq serverlərin təhlükəsizliyi yoxlanılır.
2. Saytların, mobil tətbiqlərin və s. sifarişlərin hazırlanması üçün təqdim edilən məlumatlar
Tərəfdaşlarımız üçün hazırladığımız müxtəlif layihələr üçün təqdim olunan məlumatlar heç bir halda 3-cü şəxslərə təqdim olunmur. Gördüyümüz işlər haqqında korporativ bloq, müxtəlif KİV və s. yerlərdə məlumat vermək üçün xüsusi icazə alınır.
3. Müraciət formalarına daxil olunan məlumatlar
Saytımızda və digər yerlərdə bizə elektron müraciət etmiş fiziki və hüquqi şəxslərin məlumatları heç bir halda 3-cü şəxslərə təqdim edilmir. Bu məlumatlar yalnız xüsusi təkliflərin hazırlanması üçün istifadə olunur.
4. CRM serverdə saxlanılan məlumatlar və onların təhlükəsizliyi
Bu günə gədər işlədiyimiz bütün müştərilərin əlaqə vasitələri, şirkətlərin fəaliyyət növü, sifariş etdiyi məhsullar və xidmətlər haqqında CRM serverimizdə məlumatlar saxlanılır. Bu müştəri loyallığının artırılması və xidmət keyfiyyətinin ölçülməsi üçündür, bu məlumatların heç biri 3-cü şəxslərə təqdim olunmur.