%
Gerçəkləşdirilib

Daİm İnkİşafda olan komanda

Bütün zamanlarda hər hansı bir qurumun əsas aparıcı qüvvəsi insan resurslarıdır, bunun üçün agentliyimizin fəlsəfəsində daim inkişaf, yeniliyə və "mümkünsüz" tapşırıqları mümkün edən komanda üzvlərini bir ideya altında yığmaq əsas məqsədimizdir. Komanda üzvlərimiz şəxsi inkişaf üçün müxtəlif beynəlxalq və yerli sərgilərdə, treninq və digər tədbirlərdə iştirak edir.

Agentliyimiz "Tələbə evi" layihəsini başadaraq hər il öz sıralarımıza gənc mütəxəsisləri cəlb edilməsi xəyalı artıq reallığa çevrilir.

%
Gerçəkləşdirilib

KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN BİRGƏ İNKİŞAF HƏLLƏRİ

Kiçik və orta biznes üçün telekommunikasiya və informasiya texnologiyalarının imkanlarını tətbiq edərək, biznes proseslərinin avtomatlaşdırılmasında və optimizasiyasında dəstək oluruq.

%
Gerçəkləşdirilib

XarİCİ BAZARLARA ÇIXIŞ

Agentliyimiz yaranan gündən geniş xarici əlaqələrə malik olub, əsasən MDB və Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edirik. Gələcəkdə bu əlaqələri istifadə edərək, həmən ölkələrdə öz məhsullarımızın və xidmətlərimizin satışını planlaşdırırıq.

Azərbaycanlı proqramçıların heçdə xarici proqramçılardan az bilikli və yaxud az bacarıqlı saymırıq. Bir gün, öz həllərimizlə bütün dünyada tanınacağımıza inanırıq.

%
Gerçəkləşdirilib

Azərbaycan REGİONLARINDA OFİSLƏRİN AÇILMASI

Ölkəmizdə regionların inkişafı ölkə rəhbərliyinin daim qayğısındadır. Bunu nəzərə alaraq, regionlarda ofislərimizin açılması yerli mütəxəssisləri işlə təmin etmək, həmçinin yerli sahibkarlara yüksək sürətli xidmət göstərməyimiz ən əsas məqsədlərimizdən biridir. Kənd təsərüfatında telekommunikasiya və informasiya texnologiyalarının istifadəsi üçün həllər təklif etməyimizi nəzərə alaraq, regionlarda ofislərimizin mövcudluğu vacib amildir.

Yaxın gələcəkdə Gəncə, Mingəçevir və İmişli şəhərlərində ofislərin açılması nəzərdə tutulub.

%
Gerçəkləşdirilib

Adanı fəth etmək

5 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Yüksək Texnologiyalar Parkı"nın yaradılması haqqında Fərman imzalamışdır. Fərman ölkənin neft iqtisadiyyatını biliklərə əsaslanan iqtisadiyyata çevirmək məqsədilə Azərbaycan 2020: Gələcəyə Baxış çərçivəsində imzalanmışdır. İKT üçün davamlı inkişaf və rəqabətli mühitin yaradılması məqsədi daşıyan Yüksək Texnologiyalar Parkı Gələcəyə Baxış Konsepsiyasının təməl layihəsidir. Yüksək Texnologiyalar Parkının istifadəsi üçün Pirallahı Adasında 50 hektar ərazi ayrılmışdır.

Pirallahı adasında yerləşən YTP-da yaradılacaq imkanları istifadə etmək üçün, gələcəkdə həmən texno parkın rezidenti olmağı haqqında qərar qəbul etmişik. Bu bizim komandanın inkişafı, xidmətlərimizin genişlənməsinə təkan verməklə yanaşı ölkəmizdə İKT sahənin inkişafınada töhvə verəcəkdir.

%
Gerçəkləşdirilib

XARİCİ ölkələrdə nümayəndəlİklərİn açılması

Agentliyimizin xarici bazarlarda işləməsinə dair böyük fəaliyyət planı vardır, İnformasiya texnologiyalarının inkişafına görə öndə olan ölkələrdə nümayəndəliklər açaraq, yeni texnologiyaların öyrənilməsində və onların ölkəmizdə tətbiq etmək üçün dünyanın inkişaf etmiş ölkələrində nümayəndəliklərinin açılmasını planlaşdırırıq. Həmçinin bu nümayəndəliklər, elmi-texniki araşdırmalarla bir arada agentliyimizin xidmət və məhsullarının satışınıda təşkil edəcəkdir.

Yaxın gələcəkdə, Moskva, Kiev, Toronto, Təbriz, Tallin şəhərlərində nümayəndəliklərin açılmasını nəzərdə tuturuq.