Virtual ATS

IP-telefoniya – təşkilatların müasir kommunikasiya tələblərinə cavab verən, güvənli və inkişaf etmiş texnologiyadır.

Təşkilatlar telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını daha müasir İP telefoniya şəbəkəsinə keçidlə ödəyirlər. Hal hazırda yeni innovasiyalı həllər vasitəsilə istənilən həcmdə olan təşkilat öz daxili və xarici kommunikasiyası üçün telefon şəbəkəsi qurmaq imkanındadır. İP telefoniya şəbəkəsi vasitəsilə ofis və yaxud ofislər daxilində çoxfunksional rabitə imkanları yaradılır. 

Şirkətimiz ənənəvi telefoniya şəbəkələrinin qurulması ilə məşğul olur, bu sahədə müştərilərin əsas tələblərdən biri kimi ilkin qoşulma üçün çəkilən xərclərin minimallaşdırılmasıdır. Bu tələbləri araşdıraraq Bulud texnologiyalarını (Cloud) istifadə etməklə qoşulma və aylıq ödəniş xərclərini tam minimallaşdıraraq yeni xidmətimizi istifadəyə verdik.



İmkanlar və xüsusİyyətlər

Daxili infrastruktura ehtiyac yoxdur
Tez-tez yenilənməsinə və idarə olunmasına ehtiyac olan avadanlıqlara ehtiyac yoxdur. Şirkət yalnız əməkdaşlar üçün telefonlar əldə edir.

Zənglərin çeşidlənməsi
Səsli bələdçiyə və digər xüsusiyyətlərə əsasən istifadəçi qrupları və s. kimi çeşidləmə imkanları.

Zənglərin yönləndirilməsi
Əməkdaşlar müştəri ilə danışdıqda onu digər müştərilərə yönləndirə bilər, müştərinin yenidən zəng vurmasına ehtiyac yoxdur.

Daxili nömrələr
Zəng şəbəkəsinin üzvləri üçün qısa daxili nömrələr.

Səsli bələdçi (IVR)
Zəng gəldikdə səsli salamlaşma və səsli menu imkanı.

Danışıqların yazılması
Müştəri xidmələrinin keyfiyyətini ölçmək üçün danışıqların yazılması.

Statistika və monitorinq
Gələn, çıxan və buraxılmış zənglər üzrə tam statistika və real-time monitorinq imkanı.

İmkanların sürətli artırılması
Qısa zaman ərzində hər hansı bir tarifdən digər tarifə keçid və geriyə keçid həyata keçirmək mümkündür.

Əlavə imkanlar
Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq, Səsli mesaj qutusu, Gözlənti üçün musiqi, Ağ/Qara siyahı, və s. kimi imkanlar

Tarİflər

Virtual ATS 1

150m aylıq

  • 15 istifadəçiyədək
  • Eyni anda 4-ə gədər zəng
  • 10 gün səs danışıqlarının
    saxlanilma müddəti
  • Yalnız bir ərazidə yerləşməsi (1 ofis)
  • Yüksək keyfiyyətli müştəri xidməti
Kommersiya təklifi al

Virtual ATS 2

200m aylıq

  • 20 istifadəçiyədək
  • Eyni anda 4-ə gədər zəng
  • 15 gün səs danışıqlarının
    saxlanilma müddəti
  • Yalnız bir ərazidə yerləşməsi (1 ofis)
  • Yüksək keyfiyyətli müştəri xidməti
Kommersiya təklifi al

Virtual ATS 3

350m aylıq

  • 40 istifadəçiyədək
  • Eyni anda 8-ə gədər zəng
  • 30 gün səs danışıqlarının
    saxlanilma müddəti
  • Yüksək keyfiyyətli müştəri xidməti
Kommersiya təklifi al

*Qeyd : Cədvəldə göstərilən tariflərə ƏDV daxil deyil. ƏDV Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq tətbiq edilir.

FAQ Tez tez verilen suallar

İlkin qoşulma qiyməti və ona nə daxildir?

İlkin qoşulma 500AZN (ƏDV-siz) təşkil edir.
Hər bir zəng şəbəkəsi qurulduqda onun məqsədləri, tələbləri və gələcək inkişafı planı hazırlanmalıdır. Şirkətimizə ödənilən qoşulma haqqı əsasən ilkin xərclər üçündür:
- Texniki tapşırığın yazılması
- Tələblərə əsasən proqram təminatının hazırlanması
- İVR (səsli bələdçi) üçün səs yazılması
- Yeni nömrə alınması və ya mövcud nömrənin SIP protokola keçirilməsi üçün konsultasiya
- Telefonların müştərinin ofisində quraşdırılması və s.

Artıq istifadə edilən İP Telefoniya və ya Analoq Mini ATS üzərində zəng şəbəkəmizi Sizə köçürə bilərikmi?

Bu mümkündür. Qoşulma adi qaydada aparılacaq.

Xidmətə qoşularkən öz telefonlarımızı istifadə edə bilərikmi?

Virtual ATS - Bulud texnologiyaları (cloud) üzərində qurulmuş SIP protokol üzərində çalışan İP Telefoniya xidmətidir. SIP protokolu dəstəkləyən telefonlarla çalışmaqda heç bir problemi yoxdur, lakin biz tövsiyyə etdiyimiz istehsalçılar: Snom, Fanvil, Yealink, GrandStream.
Qoşulma üçün müraciət etdikdə, müştəri öz telefonlarını təqdim etməklə test sifariş edə bilər. Bu zaman bizim mütəxəssislər müştərinin telefonunu yoxlamaqla xidmətdən istifadəyə yararlı olub olmaması ilə bağlı dəqiq məlumat verəcəklər.

Tariflərdə göstərilən eyni anda zəng nə deməkdir?

Eyni anda zəng sayı şirkətinizin eyni anda ümumi zəng sayının limitini göstərir, bura daxil olan və çıxan zənglər, habelə şirkət daxili zənglər hesablanır. Eyni anda zənglərin sayını hesablanması üçün əsasən dünya stratistikasına görə hər 3-4 işçiyə 1 eyni anda zəng göstərmək yetərlidir. Lakin bu, şirkətin profilindən, zənglərin sayı və s. asılıdır.
Şirkətimiz tərəfindən Sizə təqdim ediləcək istifadəçi saytında, eyni anda daxil olan zəngləri çox rahatlıqla nəzarət edə bilərsiniz. Həmçinin Sizin tarifinizdə göstərilən eyni anlı zənglərin sayını keçdikdə, çox asan yeni tarifə keçə bilərsiniz.

Bizim CRM ilə inteqrasiya mümkündürmü?

Bizim istifadə etdyimiz proqram təminatı çox geniş inteqrasiya imkanlarına malikdir. İnteqrasiya üçün həllərin hazırlanması işin çətinliyinə əsasən əlavə ödənişlə həyata keçirilir.
Qiymət və digər məsələləri dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlaya bilərsiz.

SİFARİŞ FORMU

Bağla