IP Telefoniya qurulması

IP-telefoniya – təşkilatların müasir kommunikasiya tələblərinə cavab verən, güvənli və inkişaf etmiş texnologiyadır.

Təşkilatlar telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını daha müasir İP telefoniya şəbəkəsinə keçidlə ödəyirlər. Hal hazırda yeni innovasiyalı həllər vasitəsilə istənilən həcmdə olan təşkilat öz daxili və xarici kommunikasiyası üçün telefon şəbəkəsi qurmaq imkanındadır. İP telefoniya şəbəkəsi vasitəsilə ofis və yaxud ofislər daxilində çoxfunksional rabitə imkanları yaradılır.

Bizim şirkətə müraciət edərək Siz Bakı və yaxud Azərbaycanın istənilən yerində yerləşən ofisiniz və ofisləriniz üçün İP telefoniya şəbəkəsinin qurulmasını sifariş edə bilərsiniz. Şirkətimiz həmçinin dünyanın aparıcı İP Telefon istehsalçıları ilə rəsmi tərəfdaşlıq edərək, telefon və onların aksesuarlarını çox sərfəli qiymətlə Azərbaycanda satışını həyata keçirir.

İP Telefoniya sadəcə müasir və rahat əlaqə vasitəsi olmaqla yanaşı, həmçinin effektiv biznes proseslərin ayrılmaz hissəsidir. Bizim şirkətin xidmətlərindən istifadə edərək Siz öz təşkilatınız üçün müasir İP Telefoniya şəbəkəsi quraraq kommunikasiyada yarana biləcək bütün ehtiyalarınızı tam ödəyə bilərsiniz.    

Şirkətimizin Virtual ATS xidməti vastiəsilə bu imkanları, ilkin xərclər çəkmədən, Bulud texnologiyası (Cloud) üzərindən aylıq ödənişlə istifadə edə bilərsiniz

 
Üstünlükləri

  • Geniş inteqrasiya imkanları
  • İVR (avtomatik salamlaşma, məlumatlandırma və ağıllı menu)
  • IP telefoniya qurulması və sazlanması ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir;
  • IP telefoniya İnternet vasitəsilə konfiqurasiyalı interfeysin olması hesabına daha sadə şəkildə idarə edilir
  • Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur
  • Telefonların ofisin istənilən yerində rahat daşınma imkanları var
  • SİP standartı bahalı ənənəvi telefon aparatlarından istifadə zərurətini istisna edir
  • Sistemin sonsuz genişlənmə imkanları
  • Geniş hesabatlar imkanları
  • Sistemin cari vəziyyəti və zənglər haqqında ətraflı məlumat almaq imkanları
  • Səsli poçt
  • Geniş imkanlı telefon məlumat kitabçası
  • Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq
  • Danışıqların qeyd edilməsi və onların sonradan səsləndirilməsi imkanı
  • Qeyri-məhdud sayda abunəçi üçün konfrans əlaqəsi
  • Zənglər barədə ətraflı stastistik məlumat, qeyd olunmuş danışıqları dinləmək imkanı
  • Hər istifadəçi üçün şəxsi kabinet
  • Hər istifadəçi üçün şəxsi telefon kitabçası
  • Yönləndirilməli olan şəxsi nömrələrin siyahısının yaradılması və dəyişdirilməsi
  • Yönləndirmə prioritetlərinin müəyyən edilməsi
  • Daxili əlaqənin təşkili
  • İP-şəbəkələrdən və TfOP-dan istifadə etməklə bütün xarici abunəçilərlə gələn və gedən zənglərin təşkili
  • Baş ofis və istənilən sayda filiallar üçün nömrələmənin vahid planının təşkili
  • İstifadəçi qruplarını yaradaraq onların müxtəlif xidmətlərə girişi üçün səlahiyyətlərin təqdim edilməsi və onların məhdudlaşdırılması
  • Rahat abunəçi interfeyslərinin və müxtəlif xidmətlərin təqdim olunması
  • Müvafiq abunəçi interfeysi və müxtəlif xidmətlər
  • Katib vasitəsi ilə zənglərin paylanması
  • Zəngin ötürülməsi
  • Mikrofonun müvəqqəti söndürülməsi (MUTE)
  • Çoxkanallı telefonlar



SİFARİŞ FORMU

Bağla