Gəncə ölkəmizin ikinci böyük şəhəri, qədim tarixi və mədəniyyəti olan şəhərdir. Agentliyimizin regionlarda işləməsinin təməli bu şəhərdən qoyulacaqdır.
Mən əksər planlarımı 5 illik qururam, keçən il, Azerizone üçün 5 illik plan qurduqda əsas istiqamətlərin biri kimi regionlarda ofislərin açılması və orada yerli kadrları işə cəlb etmək idi. Bu fikirlərimdə dəstəkçi tapmaq çox çətin idi, heç kəs inanmırdı ki, Gəncə, İmişli, Naxçıvan və yaxud Lənkəranda yaşayan proqramçı Rusiyanın Barnaul şəhərində yaşayan gədər bilikli olacaqdır... Bu plan çərçivəsində Tələbə evi proqramını elan etdik, regionlardan Bakiya gələn və İnformasiya Texnologiyaları sahəsində təhsil alan yetərincə tələbələrlə tanış olaraq, komandamıza üzv etdik. Regionlarda ofislərin açılması haqqında Biznes klass layihəsinə müsahibəm zamanıda toxunmuşdum:
ASAN Könüllüləri Təşkilatı və Startap Azərbaycanın birgə təşkilaçılığı ilə 25-30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı”-na qatıldım, Startap days tədbirində mentor kimi iştirakımda gənclərin dünya trendlərindən xəbərli olması, müasir və yeni texnologiyalardan istifadə etməsinin şahidi oldum. Bu mənim Gəncəyə 6-cı səfərim idi, əvvəllər yalnız təbiəti, tarixi, təmiz havası, təmizliyi və Göygölü ilə sevindirirdisə, bu dəfə artıq gəncləri ilədə sevindirdi, keçən il seçdiyim yolun düz olduğunu bir daha sübut etdi. Gəncə Startap Festivalı çərçivəsində İT və proqramlaşdırmaya maraqlı olan yeni gənclərlə tanış oldum.
Qarşımıza gələn ildə, Gəncədə proqramlaşdırma və İT sahəsində maraqlı olan gənclərin biliklərinin artırlması üçün müxtəlif tədbirlərdə iştirakımla yanaşı, dostlarımızla birgə orada Proqramlaşdırmaöyrədilməsi üçün tədris mərkəzinin açılmasını da nəzərdə tutmuşuq. Bununla biz Gəncədə açılacaq ilk regional ofisimiz üçün peşəkar kadrları cəlb etməyimizi təmin etmiş olacıq...
Komanda üzvlərimizin bəziləri ilə birgə yeni ilimizi Gəncədə qarşılamağı düşünürük, bu mənim üçün Gəncə ilə əlaqədar bütün planların və xəyalların həyata keçməsi üçün simvolik bir addımdır. Ümüdvaram növbəti addım sentyabr-oktyabr aylarında agentliyimizin Gəncə şəhərindəki ofisinin qarşısında kəsiləcək qırmızı lentlə atılacaq.
Hüseyn Hüseynzadə