Agentliyimizin əsas məqsədlərindən biri daimi inkişaf, İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində şaxələndirilmiş həllərin təklif edilməsidir. Hər bir qurumda olduğu kimi, bizimdə ən aparıcı qüvvəmiz insan resurslarımızdır və bu məqsədlə "Tələbə evi" layihəsinin icrasına başladıq.

"Tələbə evi" layihəsinin iştirakçıları təhsillərini bitirdikdən sonra, regionlarda yerləşən ofislərimizdə işlə təmin olunacaqlar. Biz onlarla birgə xəyallarımızı gerçəkləşdirib, Vətənimizi İT sahəsində inkişaf etmiş ölkələrin siyahısında ilk pillələrinə qaldıracağıq.

Üstünlüklər

  • Təhsil müddəti ərizində “Home office” tipli evdə yaşamaq imkanı
  • Fərdi inkişaf və real layihələr üzərində təcrübə əldə etmək imkanı
  • Xarici və yerli seminarlar, treninqlər, forum və sərgilərdə iştirak imkanı
  • Asudə vaxtın maraqlı keçirilməsi (Konsertlər, ziyafətlər və digər əyləncələr)
  • Yeni dostlar qazanmaq fürsəti
  • Təhsilini bitirdikdən sonra doğma şəhərində işləmək imkanı

Namizədlərə tələblər

  • Gəncə, Mingəçevir, Naxçıvan və İmişli şəhərlərindən Bakiya təhsil almaq məqsədi ilə gələn tələbələr
  • İnformasiya texnologiyaları sahəsində əyani təhsil alan II-III kurs tələbələri üçün
  • Ana dilindən əlavə azı 1 xarici dil bilən
  • Öz sahəsi üzrə ölkəsini ilk pillələrə qaldırmaq istəyən gənclər üçün

Müraciət et! Tələbə evi layihəsində iştirak etmək üçün info@azerizone.net el. ünvanını Tələbə evi başlığı ilə, öz tərcüməyi halınızı göndərin. Müraciətlər 2-3 gün ərzində yoxlanılır və nəticə haqqında məlumat bildirilir.

Nə üçün bir neçə şəhərdən olan tələbələr?

Tələbə evi layihəsinin əsas məqsədi bizim agentliyimizin regionlarda açılacaq ofislərinin insan resurslarının təmin edilməsidir. Gələcək planlarımızda Gəncə, Mingəçevir, Naxçıvan və İmişli şəhərlərində ofislərin açılması nəzərdə tutulmuşdur. Siz bu şəhərlərdən deyilsinizsə, amma bizim ümumi fikirlərimiz və digər tələblərimizə özünüzü uyğun görürsünüzsə müraciət edə bilərsiniz.

İştirak edənlərin cinsi əhəmiyyətlidirmi?

Tələbə evi layihəsinin ilk ilində bir 3 otaqlı ev istifadə olunacaqdır, hal hazırda müraciət edənlərin əksəriyyəti kişi cinsindəndir. Lakin, eyni evdə ayrı otaqlarda qalmaq şərti ilə əks cinsin nümayəndəsi ilə yaşamaq Sizə heç bir narahatçılıq yaratmayacaqsa qoşulmaq üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, 2017-ci ildən etibarən, Tələbə evi layihəsində artıq 2 ev olacaqdır ki, biri qızlar biri oğlanlar üçün nəzərdə tutulub.

Təhsildən sonra əsgər gedəcəm, bəs iş?

Agentliyimizin fəlsəfəsinin əsas prioritetlərindən biri Azərbaycan xalqına və dövlətinə xidmət etməkdir, əgər təhsildən əvvəl hərbi xidməti keçməmisinizsə təhsil sonra keçməyiniz vacibdir. Siz hərbi xidmətdən qayıtdığınız zaman işə başlaya bilərsiniz.

İdeyanı çox bəyəndim, necə dəstək ola bilərəm?

Tələbə evi layihəsi agentliyimizin maliyyə dəstəyi ilə reallaşdırılır, lakin müxtəlif qurumlarla birgə fəaliyyət haqqında müzakirələr aparırıq. Sizin təmsil etdiyiniz qurum bu layihədə hər hansı dəstək verərsə, buna çox şad olarıq. Bu haqda bizimlə info@azerizone.net vasitəsilə əlaqə saxlaya bilərsiniz.



NƏTİCƏLƏR

Müracİət

İştirak etmək üçün müraciət etmiş tələbə sayı

SEÇİLMİŞ TƏLƏBƏ

Tələbə evi layihəsinin iştirakçısı adı əldə etmiş tələbə

TƏDBİR

Azerizone Tələbə evi layihəsinin iştirakçılarının iştirak etdiyi tədbirlər (treninglər, konfrans, sərgi və s.)

SERTİFİKATLAR

Azerizone Tələbə evi iştirakçılarının əldə etdikləri sertifikatların ümumi sayı