Xəyallarımızda xarici bazarlara çıxmağı göstərdiyimizdə, Azərbaycan proqramçılarının xaricdə uğurlarına inanan çox az idi... Bu xəyalımızın gerçəkləşməsi üçün, Rusiyanın NetCat CMS (Content Managment System – məzmun idarə etmə sistemi) qurucuları ilə əlagələr quraraq, komanda üzvlərimizin bu sistemi mənimsəməsinə nail olduq. NetCat Rusiyanın ən populyar pullu CMS-lər arasında ilk 5-yə daxil olmuş sistemdir və korporativ seqmentdə geniş istifadə olunur.

Rusiya Federasiyasında fəaliyyət göstərən InCoreDevelopment şirkətinin sifarişi ilə NetCat CMS-i üçün hazırladığımız modul haqqında ətraflı məlumat vermək istərdik. İnCoreDevelopment Rusiya bazarında toplu SMS və digər bu tipli xidmətlər təklif edən şirkətdir. Müştəriləri arasında banklar, sığorta, riteyl və s. orta və böyük şirkətləri yer alır.

Modulun hazırlanma məqsədi NetCat üzərində e-kommersiya saytları qurmuş şirkətlər rahat şəkildə InCoreDevelopment şirkətinin xidmətlərindən istifadə etməsi idi. Modulun hazırlanması üçün şirkət qarşımızda aşağıdaki tələbləri qoymuşdur:
- Netcat sisteminə və İnCoreDevelopment billinginə asan inteqrasiya
- Yüksək təhlükəsizlik
- Server resurslarının optimal istifadəsi

Modulu quraşdıraraq e-kommersiya saytının sahibi və istifadəçiləri sifarişlərin statusları haqqında SMS vasitəsilə məlumat əldə edir. Modul haqqında daha ətraflı məlumatı linkə keçərək əldə edə bilərsiniz.