Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində hər il keçirilən tədbirdir.
2016 ilin 27-28 May tarixində IV Milli Marketinq Forumu Cinema Plus-ın 260 nəfərlik 5-ci zalında keçirilmişdir. Toplam 6 panel və hər paneldə 4 spiker olmaqla, 30 nəfər spikerin çıxışı oldu. Forumda “Böhran dövründə Marketinq strategiyası”, “Marketinq Kommunikasiyaları”, “Bloqçuluq və rəy liderliyi”, “Milli keyslər”, “Rəqəmsal Marketinq”, “Şəxsi Brendinq” panelləri olacaqdır ki, bütün panellər üzrə ana istiqamət hazırki iqtisadi şərait daxilində “Böhrandan yeni dövrana” seçilmişdir.
Qeyd edək ki, forum hər il öz logotipini, üslubunu və saytını yeniləyir, bu ilki texniki tərəfdaş biz kreativ tərəfdaş isə McCANN Baku seçildi. McCANN Baku əməkdaşlarının təqdim etdiyi dizayna uyğun saytı qısa müddətdə hazırlayıb istifadəçilərə təqdim etdik.
Tədbir haqqında xəbər saytlarında məlumat:
http://metbuat.az/news/452759/bakida-iv-milli-marketinq-forumu-kecirilecek.html
http://report.az/biznes/bakida-milli-marketinq-forumu-kecirilecek/
Tədbir haqqında bloqlarda məlumat:
Marketer Məhərrəmin bloqu
Ölkəmizdə müxtəlif sahələri üzrə keçirilən forum, konfrans, seminar və s. cəmiyyətin inkişafı üçün keçirilən hər bir tədbirə dəstək olmağı özümüzə borc bilirik. MMF təşkilatçılarına Texniki tərəfdaşlıqda seçimini bizim üzərimizdə saxlaması üçün təşəkkür edirik!
Forumdan bir neçə xatirə şəkil:)