Ölkəmizdə onlarla pullu televiziya yayımçısı fəaliyyət göstərir, həmçinin yüzlərlə otellərdə mini İPTV xidməti təqdim olunur. Rəqəmsal yayımın üstünlüklərindən biridə, EPG-dir (Elektron Proqram Qidi), onun vasitəsilə izləyici yayımlanan veriliş və ya filmin adı, mövzusu, yaş həddi, hətta qısa şərhi və şəkillərdən ibarət məlumatda əldə edə bilər. 

 

Adətən bu məlumatların toplanması hər operator tərəfindən fərdi şəkildə həyata keçirilir, hər bir kanal üçün ayrı ayrılıqda məlumatın toplanmasına görə böyük həcmdə vaxt sərf edildiyinə görə kiçik operatorlar və otellər bu xidməti öz TV izləyicilərinə təqdim etmirlər və yaxud yalnız bir neçə telekanalı əhatə edən EPG xidmətini təqdim edirlər.

 

Agentliyimiz EPG Base xidmətini təqdim etməklə, pullu televiziya operatorlarına, habelə TV proqramlara ehtiyacı olan digər qurumlara 1 həftə öncə növbəti həftənin TV proqramlarını rahat şəkildə əldə etməyə imkan yaradır. Bu qurumların insan resurslarının səmərəli istifadəsində, habelə xərclərinə qənayət etməyə imkan yaradır. Bu xidməti təqdim edən xarici şirkətlərdən əsas üstünlüklərimiz isə yerli və türk telekanallarının TV proqramları, həmçinin müxtəlif avadanlıqlar və proqram təminatları ilə geniş inteqrasiya imkanlarıdır. 

 

Hal hazırda 200-dən çox yerli, türk və digər xarici telekanalın həftəlik proqramlarını serverlərimizdə saxlayaraq, xidmətdən yararlanan qurumlara təqdim edirik. Hər hansı bir qurumun istəyinə görə, qısa zamanda istənilən telekanalın proqramlarınıda öz siyahımıza əlavə edə bilərik.