Şirkətimizin əsas məqsədlərindən biri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta biznes qurumlarını dünyanın texnolojı yeniliklərindən sərfəli qiymətlərlə istifadəsinə imkan yaratmaqdır. Təşkilatlar telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını daha müasir İP telefoniya şəbəkəsinə keçidlə ödəyirlər. Hal hazırda yeni innovasiyalı həllər vasitəsilə istənilən həcmdə olan təşkilat öz daxili və xarici kommunikasiyası üçün telefon şəbəkəsi qurmaq imkanındadır. İP telefoniya şəbəkəsi vasitəsilə ofis və yaxud ofislər daxilində çoxfunksional rabitə imkanları yaradılır. 

IP-telefoniya – təşkilatların müasir kommunikasiya tələblərinə cavab verən, güvənli və inkişaf etmiş texnologiyadır.

Şirkətimiz 2017-ci ilin sonlarından Fanvil İP telefonlarının təchizatı xidmətini təklif edir və bazarda çox sərfəli qiymətlərlə bu telefonların satışını həyata keçirir. Bu xidmət şirkətin strateji planlaşdırılmasında Sistem inteqrasiyası sahəsində göstəriləcək xidmətlərin planlaşdırılmasına əsasən həyata keçirilmişdir, Telefoniya şəbəkələrinin qurulması və onlar üçün avadanlıqların təchizatı sahəsində ilk addım idi. Ümumi olaraq bu sahədə planlaşdırılmaya əsasən şirkətimiz 2 istehsalçının məhsullarını (telefon və onlar üçün aksesuarlar) təchizatı, telefoniya şəbəkələrin qurulması, onlar üçün lazımi avaddanlıqların kirayəsi və s. kimi xidmətləri həyata keçirəcəkdir. Fanvil telefonlarının satışı üzrə bir neçə ay ərzində onlarla şirkətlə tərəfdaşlıq müqavilələri imzalandı və satışlar gözləntilərimizi təstiqlədi.

Növbəti addım kimi İP Telefoniya şəbəkələrinin qurulması xidmətini istifadəyə verdik. Bu xidmətimizdən istifadə edən şirkətlərin sayı artmaqdadır, onların tələblərinə və təkliflərinə əsasən ümumi telefoniya üzrə planlaşdırılmış xidmətlər növbə ilə istifadəyə veriləcəkdir. Telefoniya sahəsində dünya birincilərindən olan 3CX şirkəti ilə əməkdaşlıq qurmuşuq və əməkdaşlarımız 3CX tərəfindən sertifikatlaşdırılıb.  Xidmət haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiz.