Hal hazırda bəzi yerli media, portallar və forumlar fəaliyyətini dayanmışdır. Almaniyanın data mərkəzində olmuş qəza yalnız Azərbaycan saytlarına deyil, hətta xarici Ведомости, The New Times kimi böyük media portallarınada təsir göstərmişdir.
Almaniyanın OVH data mərkəzində baş vermiş texniki qəza nəticəsində minlərlə sayt fəaliyyətini dayandırmışdır. İnformasiya texnologiyaları, məlumatların saxlanılması, proqram təminatının hazırlanması və hostinq sahəsində fəaliyyət göstərdiyimizdən bu halların baş verməməsi üçün həll yolunu göstərməkdə özümüzə borc bildik. Hal hazırda fəaliyyət göstərməyən saytlar fiziki olaraq yalnız bir yeri seçmişdir və bu həmən saytların fəaliyyətini yalnız bir yerdən asılı olmasına gətirməklə yanaşı digər məsələlərdədə özünü göstərir:
- Ölkədən xaricə valyuta axını
- Ölkə xaricində baş verən hadisələrdən asılılıq
- Ölkə istifadəçilərinin saytlara daxil olduqda daha az sürətli olması
- Provayderlərin ölkə sakinlərinə təqdim etdiyi internetə qoşulma xidmətinin qiymətləri.
Yuxarıda qeyd etdiyimiz xoşagəlməz halların qarşısını almaq üçün və saytların fəaliyyətinin müstəqilliyini qorumaq üçün əsas həll yolu olaraq, məlumatların 2 serverdə saxlanılmasını tövsiyyə edirik. Bir serverin xaricdə rezerv olması, yerli data mərkəzlərində saxlanılan serverin isə əsas olması məqsədə uyğundur. Bu halda, sayt Azərbaycan ərazisində çox sürətli işləməklə yanaşı, hər hansı bir data mərkəzin texniki qəzalarından asılı olmur.
Qeyd edək ki, Azerizone MMC hostinq, ayrılmış və virtual serverlərin kirayəsi ilə sahəsində fəaliyyət göstərir və bu sahədə 10 ildən çox təcrübəsi vardır.