Öz şəxsi saytınız daha vacibdir yoxsa İnstagram?

Blog yazmaq İnstagramda rahatdır yoxsa öz şəxsi resursunuzda?

Bu mövzu ətrafında müzakirələr hər il daha da aktual olur. Həm sosial şəbəkəyə, həm də sayta sahib olmaq biznesin inkişafına müsbət təsir göstərir. Görünən odur ki, onlardan biri digərini əvəz edə bilməz. Sosial şəbəkələrin biznesinizə verə bilməyəcəklərini bu məqalədə qeyd etmişik.

 

Səbəb 1. Saytınız sizin məkanınızdır

Siz düşünürsünüz ki, Facebook-dakı qrup və ya İnstagramdakı səhifəniz sizin mülkünüzdür?Xeyir. Onlar öz şəbəkələrinin mülküdür. İstənilən sosial şəbəkə kirayə mənzil kimidir. Sizi istənilən vaxt oradan çıxara, kirayə haqqını artıra və ya şərtləri dəyişə bilərlər. 

Biznesi tamamilə sosial şəbəkələrə bağlamaq da məqsədəuyğun deyil. Çünki gələcəkdə həmin sosial şəbəkənin aqibətinin necə olacağı bəlli deyil. Belə olduğu halda biznesinizi təhlükədən qorumaq qaçılmaz olur. 

 

Səbəb 2. Ağılsız yarışlar yoxdur

Saytda hər gün yeni xəbər paylaşdıqda və sonsuz yenilikləri izləməyə ehtiyac yoxdur. Sosial şəbəkələrdə isə bu belədir. Sizə lazım olan şey saytınızı bircə dəfə yaradıb işə salmaq və saytınızın axtarış sistemlərində daha çox insanlara görünməsi üçün CEO təyin etməkdir. 

 

Səbəb 3. Sayt pulsuz şəkildə mehriban“ auditoriya yaradır. 

Əgər siz öz saytınızda faydalı bloqlar paylaşırsınızsa, xüsusilə, optimallaşdırma və açar sözlərin seçimi ilə bağlı az da olsa, işləyirsinizsə, gec ya tez axtarış sistemlərindən insanlar sizin saytınızı ziyarətə gələcək. Beləliklə, sizin auditoriyanız yaranacaq. 

Həmçinin sosial şəbəkələrdən fərqli olaraq saytda auditoriyanın marağını cəlb etmək üçün mübazirə aparmağa ehtiyac yoxdur. İnsanlar axtarış sistemlərindən özləri sizi tapır, çünki özləri həmin informasiyaya ehtiyac duyurlar. Bu vəziyyət sizin satışınıza da müsbət təsir göstərəcək.

 

Səbəb 4: Məqalələrin uzunömürlülüyü

Sosial şəbəkələrdəki xəbərlərin ömrü nə qədər olur ki?Gün, saat, dəqiqə?Sizin 1 il öncə paylaşdığınız xəbəri kiminsə lenti sürüşdürərək tapacağına inanırsınızmı? Bu heç sizin üçün də asan olmaz. Bir çox müəlliflər belə aylar öncə yazdıqlarını xatırlamaya bilirlər və beləliklə nə qədər faydalı xəbərlər yox olur. 

Saytın üstünlüklərindən biri də illər öncə paylaşılan bloqun axtarış sistemləri vasitəsilə oxucuların qarşısına çıxmasıdır. Həmçinin burada xəbərlər kateqoriyalara bölünür. Siz asanlıqla axtardığınız məqaləni tapa və onu “məsləhət olunan məqalələr” siyahısına əlavə edə bilərsiniz. Əgər sizin məqalələriniz faydalıdırsa, oxucu tez-tez sizin saytı ziyarətə gələcək və bir məqalədən digərinə keçid edəcək. 

 

Səbəb 5: Passiv gəlir

Sayt siz iş başında olmayanda belə sizə gəlir qazandıra bilər. 

Mənbə bunlar ola bilər:

  • Yandex və ya Google-dan kontekstli reklam
  • Yazıların dərc edilməsi
  • reklam bannerlərinin yerləşdirilməsi
  • informasiya məhsullarının satışı

Gördüyünüz kimi faydalı bir məqalə həmçinin sizə qazanc gətirə bilər.

 

Səbəb 6: Satışın avtomatlaşdırılması

Təsəvvür edin, səhər poçt qutusuna baxırsınız və bütün məktubların “Hesabınız dolduruldu” başlığı altında olduğunu görürsünüz. Bu isə yeni iş gününə başlamaq üçün əladır. 

Ödənişin asan şəkildə edil bilməsi saytın əsas üstünlüklərindən biridir. İnsanların sayt sahibini axtarmasına, onu şəxsidə mesaj və ya şəkil göndərməsinə ehtiyac yoxdur. Sayt sahibinin harda olmasından, internet şəbəkəsinin olub-olmamasından asılı olmayaraq ziyarətçi saytda “Mağaza” bölməsinə daxil olub, lazım olanı seçdikdən bir neçə dəqiq sonra poçt vasitəsilə əldə edə bilərlər. 

 

Səbəb 7: Müştərilər üçün saytın olması vacibdir

Siz nə qədər çox sosial şəbəkələrdə aktiv olsanız da, müştərilər hər zaman ilkin olaraq sizdən saytın olub-olmadığını soruşacaqlar. Birinci səbəb - saytda lazım olan məlumatı axtarıb tapmaq daha asandır. Bundan əlavə saytda məlumatlar kateqoriyalar üzrə bölünür və bu da axtarışı sürətləndirir. İkinci səbəb isə saytın müştərilərə daha etibarlı görünməsidir. Çünki sayt yaratmaq sosial şəbəkədə qrup yaratmaqdan daha çətindir. Sayt yaratmaq uzun müddət, böyük əmək və məbləğ tələb edir. Müştərilər bunu gözəl bilirlər. Məhsulları sayt üzərindən təqdim etmək onların istəklərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunun və bunu ciddi bir iş kimi yerinə yetirdiyinizin sübutudur. 

 

Səbəb 8: Ətraflı analitika

Sayta analitika sistemlərini qoşa bilərsiniz. Bununla siz biləcəksiniz: insanlar əsas səhifədən hara gedirlər, hansı bölmələrə daxil olurlar, hansı hansı reklamları klikləyirlər, hansı məqalələri oxuyurlar və s. Beləliklə saytın sizə yaratdığı imkanlar sosial şəbəkələrdən qat-qat çoxdur. 

 

Səbəb 9: Sonsuz genişlənmələr

Saytın dizaynını, görüntüsünü istədiyiniz kimi dəyişə bilərsiniz. Sosial şəbəkələrdə isə dizayn tərtibatçıların istəyinə uyğun olaraq dəyişir. 

 

Saytla işləmək üçün yuxarıda qeyd etdiyimiz kimi 

  • bəzi funksiyalarla işləyə bilməli, 
  • CEO haqqında az da olsa məlumata sahib olmalısınız.

Həmçinin, saytın yaradılması, onu internetdə yayılması və axtarış sistemləri ilə rahat işləyə bilməsi üçün zaman tələb olunur. Təbii ki , gözləməyə dəyər. 

 

Sayt – sizin partnyorunuz, prodüser və satış üzrə meneceriniz hesab olunur. O sizin üçün müştərilərin tapılması, məhsulun və xidmətin satışı kimi əsas işləri öz üzərinə götürə bilər. Məhz buna görə saytınızla ciddi məşğul olun və onu daim inkişaf etdirin.