Gündəlik həyatda mühim yeri tutan tullantı məhsullarından biri də batareyalardır. Cib telefonları və kompüter avadanlıqları kimi hər gün istifadə edilən cihazlar batareyadan enerji alır. Batareyalar motorlarda, elektron cihazlarda, saatlarda, kameralarda, kalkulyatorlarda, eşitmə cihazlarında, simsiz telefonlarda, oyuncaqlarda və s. kimi yerlərdə geniş istifadə olunur. Batareyalarda civə, qurğuşun və nikel kimi ağır metallar var. Son illərdə artan batareyaların istifadəsi insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradır. Bunlar həm ətraf mühit, həm də insan sağlamlığı üçün zəhərli maddələrdir. İstifadə ömrü bitmiş batareyaların atılması ətraf mühitin çirklənməsinə səbəb olur və insan sağlamlığına zərər verir. Buna görə də, istifadə olunmuş batareyalar təhlükə yaratmamaq üçün ayrıca yığılmalı, daşınmalı və utilizasiya edilməlidir.
Litium batareyaları da atılmamalıdır. Bu batareyalardakı litium su ilə reaksiya verə və partlayışa səbəb ola bilər.
Batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
Batareyalar zibilə atıldıqda məişət tullantıları poliqonunda zamanla xarab olaraq bəzi təhlükəli və zərərli maddələr buraxır. Onlardan biri civədir. Civə təbiətdə parçalanmır. Civə insanlar və ətraf mühit üçün çox təhlükəli və zəhərlidir. Batareyada axan civə, dəri və ya tənəffüs yolları vasitəsilə bədənə sürətlə daxil ola bilər.
Batareyalarda olan digər ağır metal qurğuşundur. Qurğuşun orqanizmə tənəffüs, içməli su və qida ilə daxil olur. Bədənə daxil olan qurğuşun ağciyərlərə çatır və yavaş-yavaş ağciyərlərdə sorulur və qanla qarışır.
Qurğuşun, eşitmə problemlərinə, sinir sistemi problemlərinə və hemoqlobin tərkibinin azalmasına, qan azlığına, mədə ağrılarına, böyrək və beyin iltihabına, sonsuzluğa, xərçəngə və ölümə səbəb olur.
Atılan batareyaların tərkibindəki ağır metallar zaman keçdikcə parçalanır və sərbəst hala gəlir, sızma ilə qrunt sularının, torpağın və səth sularının çirklənməsinə səbəb olur. Çirklənmiş yeraltı suların təmizlənməsi çox baha başa gəlir.
Zibil emal zavodlarında zibillərin yandırılması ilə ağır metallar havaya qarışır, atmosferdə geniş əraziyə dağılır, ətraf mühitin çirklənməsinə səbəb olur.
Azerizone şirkəti olaraq insanlarımızın və təbiətin sağlam gələcəyi üçün ətraf mühiti qorumağı özümüzə borc bilirik. Biz bütün fəaliyyətimizi ekoloji cəhətdən təmiz bir yanaşma ilə həyata keçiririk və bu yanaşmada ətraf mühitə təsirləri hər addımda azaltmağa çalışırıq.
Artıq ətraf mühitimizi qorumaq üçün bir addım daha atırıq. Ecofront təşkilatı ilə əməkdaşlığa başlayırıq. Belə ki, təşkilatın “Yararsız batareyaların utilizasiya edilməsi” layihəsinə qoşulmuşuq.
Artıq siz də yarasız, istifadə müddəti bitmiş batareyalarınızı ofisimizə yaxınlaşaraq təhvil verə bilərsiniz.
Ünvan: 8 Noyabr pr. 15 (Azure Business Center), Xətai rayonu, Bakı şəhəri.