AzeriZoneNETwork şirkəti 2004-cü ildən fəaliyyət qöstərir.Əsas xidmətlərimiz:
• Veb-dizayn
• Hosting
• Poliqrafiya
• İnternetdə reklam və piar
• Küçə reklamları
• Proqram təminatı
İnternet sahəsində 4 ildən artıq bir təcrübəyə sahib olan şirkətimiz bu müddət ərzində həm öz İnternet-layihələri, həm də müxtəlif fiziki şəxs, dövlət və qeyri-dövlət müəssisələri tərəfindən sifariş edilən 30-dan artıq layihə həyata keçirmişdir. İnternet serverlərimizdə 100-dən artıq resurs yer almaqdadır. Regional müştərilərlə yanaşı Almaniya, Rusiya, Avstriya, Türkiyə və Ukrayna kimi ölkələrdən müştərilərimiz də vardır.
Şirkət bir neçə şöbədən ibarətdir:
• Veb dizayn şöbəsi
• Proqramlaşdırma şöbəsi
• Reklam şöbəsi
Vebdizayn şöbəsinində çalışan vebproqramçılar, dizaynerlər, flaş texnoloqlar,seo optimizatorlar, kontent menecerlər,ən azından 2-3 il öz ixtisasında işləib və sənətini sevən peşəkarlardan ibarətdir,bir neçə işçinin çalışması qısa bir zamanda sifarişin ayrı ayrı üslublarda hazırlanmış bir neçə variantda təhvil verilməsidə mümkündür. Şöbə şirkətin əsas xidməti olan saytlarınhazırlanması, yenilənməsi və yerləşdirilməsini həyata keçirir.
Proqramlaşdırma şöbəsi şəxsi istifadə və şəbəkə səviyyəsində proqram təminatının yaradılması, quraşdırılması, servisi və texniki dəstəyi ilə məşğuldur. Bundan başqa proqramçılarımız tərəfindən biznes sektorunda bəzi işlərin asanlaşdırma məqsədi ilə bir neçə proqram məhsulu hazırlayıb və yeniləşdirilməsi ilə məşquldur.
Reklam şöbəsi böyük zövqlə hazırladığı reklam məhsullarına qabartma reklamlar, fleks reklamlar, layt-bokslar, bilbordlar, banerlər, divar layt-boksları, tentlər, nəqliyyat reklamları, digər çöl reklamları, təhlükəsizlik işarələri, stendlər və digər reklamlar daxildir. Bununla yanaşı promosyon məhsulları və mətbəə işləri də göstərdiyimiz xidmətlərdəndir. Promosyon məhsulları broşür qabları, dön kartlar, maqnitlər, kristallar, bayraqlar, tekstil, saatlar, çini məmulatlar üzərinə çap işlərindən ibarətdir. Digər bir xidmətimiz isə mətbəə işləridir. Mətbəə işləri ümumiyyətlə, bank poliqrafiyası, təqvimlər, buklet, jurnal, kitab, cədvəl, poster, qovluq, paket, ofis poliqrafiyası, plastik kartlar kimi çap işlərini əhatə edir.
Şirkətimizin personalı gündəlik olaraq öz informasiya bazasını genişləndirərək və yeniləndirərək, daimi özünütəkmilləşdirmə prosesindədir. Bu isə bizə mahiyyətcə inqilabi və yeni texnoloqiyaları işləyib tətbiq etməyə imkan verir.
Xaricdə olan dizayn studiyalarla razılaşma əldə edərək bir neçə il ərzində xarici dizayn studiyaların brendindlərindən istifadə edərək xarici müştərilərə öz xidmətini qöstərir. Bununlada personalın təcrübəsini artıraraq,dünya standartları və texnolojı yenilikləri ilə ayağlaşmağı bacarır.
 |
P.S. Şirkətimiz bir neçə il ərzində korporativ müştərilərə xidmət qöstərməklə müştəri tərəfindən xərclənən pulun,müştəriyə bir neçə qat çox qayıtması prinsipi ilə çalışır. |
 |
|