Azərbaycan Cüdo Federasiyasının rəsmi saytını təhvil verdik, gördüyümüz işlə əlaqədar qısaca məlumat vermək istərdik.

Adaptiv dizayn saytı bütün qurğulardan rahat şəkildə saytdan istifadə etməyə imkan yaradır.

 

Ana səhifə

Cüdo ilə maraqlananların bütün mühüm hadisələri məlumatlandırmaq üçün, saytın sağ üst hissəsində yaxın zamanda Azərbaycanı təmsil edəcək idmançıların qatıldığı tədbirin logotipi və tədbirə qalan zamanı geri sayan saatla göstərdik.

Federasiyanın mətbuat xidmətinin fəal işləməsini nəzərə alaraq, Ana səhifədə Xəbərlərə xüsusi yer ayırdıq. Qeyd edək ki, saytda həftə ərzində 10-15 yeni xəbər yerləşdirilir.

Judo.az - Hazır!

 


Navigasiya

Rahat naviqasiya maksimum 2 keçidlə saytın istənilən səhifəsinə daxil olmağa imkan yaradır. Navigasiya əsas Ana səhifədə şəkillərlə, daxili səhifələrdə isə yalnız yazı ilə təqdim edilib. Bütün səhifəni üfüqi əhatə edən menu bloku kimono üzərində qara kəməri rəmzi mənasını daşıyır. İstifadəçilərin rahatlığı üçün navigasiya saytın alt hissəsindədə yerləşdirlib. Həmçinin, daxili səhifələrin sol hissəsində alt menular vasitəsilədə navigasiya yerləşdirilmişdir.

Judo.az - Hazır!

 

İdmançıların dünya reytingləri

Beynəlxalq Cüdo Təşkilatının rəsmi saytında bütün dünya üzrə professional idmançıların dünya və olimpiya reytinqləri, onlar haqqında qısa məlumat və s. yerləşdirilir bu məlumatların Federasiyanın rəsmi saytında olmasınıda məqsədə uyğun saydıq. Bunun üçün xüsusi yazılmış proqram vasitəsi avtomatik olaraq judobase.org saytından lazımi məlumatları çəkir və saytda yerləşdirir. Bu cüdo həvəskarlarının yığmamızın idmançıları haqqında daha ətraflı məlumat əldə etməsi üçün çox rahat bir funksiyadır.

Judo.az - Hazır!

 

Təqvim/Nəticələr

Azərbaycan Cüdo Federasiyasının idmançılarının tez-tez müxtəlif beynəlxalq yarışmalarda iştirak etməsini nəzərə alaraq, saytda rahat naviqasiyalı Təqvim və Nəticələr  funksiyasını yerləşdirdik.

Judo.az - Hazır!

 

Daxili səhifələr

Daxili səhifələrdə yerləşdirilən məlumatların rahat şəkildə oxunulması, həmçinin sosial şəbəkələrdə paylaşılması məqsədi ilə sadə tərtibatla hazırlanmışdır.

Judo.az - Hazır!

 

Saytın idarə edilməsi və texniki müşayiəti
Saytın bütün məlumatlarını düzəliş edilməsi üçün rahat idarə etmə paneli ilə təchiz olunmuşdur. Saytın yenilənməsində iştirak edəcək federasiyanın əməkdaşlarına təlim keçirilmişdir. Judo.az saytı Azerizone agentliyinin serverlərində yerləşdirilmişdir.

 

Sayta keçid

 

Saytın hazırlanmasında Azərbaycan Cüdo Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfli və həmən departamentin əməkdaşı Samir Orucova layihənin uğurlu alınması üçün yardımçı olduqlarına görə təşəkkür edirik!