TARİX

Azərbaycanda internetin inkişafı və İnternet istifadəçilərinin tələblərinə uyğun müxtəlif sahələrdə fəaliyyət göstərmişik. 2000-ci idən bu günə gədər əsas istiqamətlər və tarixlər haqqında aşağıda qeyd olunmuşdur:

  • 2000

    #azerizone IRC channel

    İnternetin Azərbaycanda kütləviləşməyə başladığı dövran, o zamanlar istifadəçilər bir biriləri ilə ünsiyyət qurmaq üçün mİRC proqramından istifadə edirdilər. Həmən ərəfədə #azerizone adlı kanal yaradıldı, qısa zamanda yüksək reyting qazanaraq istifadəçilərin daim ünsiyyət yerinə çevrildi.

  • 2004

    Əyləncəli-İnformasiya portalı

    İnternet istifadəçilərinin sayı dayanmadan artırdı və milli saytlara yüksək tələbat yaranmışdı, bunu nəzərə alaraq www.azerizone.net domeni altında əyləncəli-informasiya portalı yaradıldı. Qısa zamanda internet istifadəçilərinin marağını qazanar ən çox ziyarət olunan yerli saytlar arasında olduq.

  • 2006

    Azerizone Hostinq provayder

    Ölkəmizdə İnternet inkişaf etdikcə yeni texnologiyalara tələblərdə artırdı, bunu nəzərə alaraq fəaliyyətimizi tam dəyişərək hostinq xidmətlərini təklif etməyə başladıq. Qısa zaman ərzində serverlərimizdə həm şirkətlərin, həmdə populyar informasiya və əyləncə saytları yerləşdirimişdir. Qeyd edək ki, 2006-2009-cu illər Azərbaycan hostinq provayderlərin reytingində top10 daxil idik.

  • 2009

    Azerizone Hostinq provayder & vebdizayn studiyası

    Şirkətlər saytlarının olmasına önəm verməyə başladılar və həmişəki kimi, bazar tələbatını nəzərə alaraq hostinq xidmətlərimizə əlavə olaraq saytların hazırlanması və texniki müşaiyəti xidmətini təqdim etdik.

  • 2010

    Azerizone creative agency

    İnternet Azərbaycan əhalisinin ayrılmaz hissəsinə çevrildi və artıq təcrübəmizdən və texniki imkanlarımızdan istifadə edərək daha çox çeşiddə xidmət göstərməyə başladıq.

  • 2015

    Azerizone Business Development Agency

    Bizim ümümi fikirlərimiz Bill Geytsin gələcəkdə yalnız internetdə olan şirkətlər qalacaq sözlərinin ətrafında birləşir. Bu gün çoxsaylı xarici və yerli şirkətlərlə əməkdaşlıq edərək ölkəmizdə fəaliyyət göstərən dövlət və biznes qurumlarına texnoloji yenilikləri birgə tətbig etməyə imkan yaradır.

  • Komanda üzvlərimizin ümumi xəyalı var, Azərbaycanı İT sahəsində dünyanın ən inkişaf etmiş ölkələri siyahısının ilk pillələrinə ucaltmaq. Bunun üçün kiçik, orta və böyük biznes, habelə dövlət qurumları üçün bir çox həllər təklif edirik.